Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-16,
Seanews
Heyder Eliyev

Çinin 134,2 km uzunluğundakı Pinqlu kanalı açılıb: Cənub-Şərqi Asiya ilə ticarət yolu qısalır

Çində 134,2 kilometr uzunluğunda Pinqlu kanalı istifadəyə verilib. Kanal ölkənin cənub-qərbindəki daxili rayonları beynəlxalq dəniz ticarəti marşrutları ilə birləşdirərək, Cənub-Şərqi Asiya ilə ticarət əlaqələrinin genişləndirilməsinə imkan yaradacaq.

“Seanews.az” xəbər verir ki, 72,7 milyard yuan (10,8 milyard ABŞ dolları)  investisiya ilə inşa edilən layihənin tikintisinə 2022-ci ildə başlanılıb və dörd il ərzində başa çatdırılıb. Bu, Çinin 1949-cu ildən bəri çayı açıq dənizlə birləşdirən ilk süni kanalıdır.

Su yolu Quanqsinin paytaxtı Nannini Tonkin körfəzi ilə birləşdirir. Kanal gəmilərin Quançjoudan keçən əvvəlki marşrutla müqayisədə 560 kilometr qısadır. Bunun logistika xərclərini 18-30 faiz azaltması və illik 5 milyard yuandan çox qənaət yaratması gözlənilir.

Kanal 5 min tonadək yük gəmilərinin hərəkətinə imkan verir. İlk gün tikinti materialları, polad, kömür, mineral və gübrə daşıyan 30 gəminin kanaldan keçməsi planlaşdırılıb. Eyni zamanda, Nannin–Vyetnamın Kan Tho şəhəri və Nannin–Haynan əyalətinin Yanpu limanı arasında iki yeni ticarət marşrutu açılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır