Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-16,
Seanews
Heyder Eliyev

ASCO nümayəndələri Bolqarıstanda Orta Dəhlizin inkişafına dair müzakirələrdə iştirak ediblər

Bolqarıstanın Sofiya şəhərində 14–15 sentyabr tarixlərində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-ni (ASCO) tədbirdə İstismar-kommersiya departamentinin rəisi Məhəmməd Topalov və departamentin aparıcı mütəxəssisi Niyaməddin Aslanov təmsil edib.

İclasın gündəliyinə TBNM-in səmərəliliyinin artırılması və strateji əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı bir sıra mühüm məsələlər daxil edilib.

İclasda ilk olaraq 2026-cı ilin 8 ayı ərzində marşrut üzrə həyata keçirilən yükdaşımaların həcminə dair hesabat dinlənilib və mövcud problemli məsələlər ətraflı təhlil olunub. Tərəflər daşımaların səmərəliliyini artırmaq məqsədilə konteyner gəmilərindən istifadə etməklə konteyner qatarları tərkibində yükdaşımaların təşkili, eyni zamanda yük daşıma tariflərinin optimallaşdırılması məsələləri ətrafında geniş müzakirələr aparıblar.

Müzakirələrin yekununda müvafiq protokol imzalanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır