Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Almaniya maye təbii qaz idxalı üçün ilk terminal alacaq

Almaniya qaz təchizatında Rusiyadan qismən asılılığı tədricən aradan qaldırmağa yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, yaxın günlərdə Şimal dənizindəki Vilhelmshafen limanına yan alacaq üzən “Höegh Esperanza” qurğusu uzaq Nigeriyadan AFR-ə ilk maye qaz yükünü çatdıracaq.

Məlumata görə maye təbii qazın saxlanmasına və təkrarən qaz halına keçirilməsinə imkan verən bu gəminin gücü azı 50 min ev təsərrüfatını bir il ərzində qazla təmin etmək üçün kifayətdir.

Başqa Avropa ölkələrindən fərqli olaraq Almaniyada indiyə qədər maye təbii qaz idxal etmək üçün terminal yox idi. Ölkə qazın çox hissəsini sualtı və quru ərazi üzrə boru kəmərləri vasitəsilə Rusiyadan alırdı.

“Höegh Esperanza” qurğusu kontinental qaz şəbəkəsi ilə əlaqəli olan üzən platformadır. Gəminin təntənəli açılış mərasimi dekabrın 17-də keçiriləcək. Mərasimdə kansler Olaf Şolts da iştirak edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır