ABŞ qüvvələri İranın bir tankerini məhv edib, ikisini isə sıradan çıxarıb
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə ballistik raketlərlə hücum etməyə cəhd göstərib. Buna cavab olaraq ABŞ qüvvələri üç İran neft tankerinə zərbələr endirib.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
CENTCOM bildirib ki, “Downy” tankeri Xark adası yaxınlığında, “Stark 1” isə Cask şəhəri yaxınlığında vurularaq tamamilə sıradan çıxarılıb. “Kylo” (“Noxen”) tankeri isə Oman körfəzində ekipajın gəmini tərk etməsindən sonra tamamilə məhv edilib.
ABŞ tərəfi üç tankerin SEPAH-ın və onun regiondakı müttəfiqlərini maliyyələşdirdiyi iddia olunan “kölgə neft şəbəkəsi”nə daxil olduğunu bildirib. “Kylo”nun IMO 9189146 nömrəsi ilə ABŞ-nin sanksiya siyahısında olduğu da ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında təsdiqlənir.

