Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-04,
Seanews
Heyder Eliyev

Asiyanın ən işlək konteyner limanlarında gəmilərin yarıdan çoxu gecikir

“Sea-Intelligence” analitiklərinin məlumatına görə, Asiyanın ən işlək 14 konteyner limanının hamısında gəmilərin vaxtında çatma göstəricisi azalıb. Buna əsasən ekstremal hava şəraiti və təchizat zəncirindəki problemlər səbəb olub.

“Seanews.az” xəbər verir ki, dünyanın iki ən böyük konteyner limanı olan Şanxay və Ninbo-Çjouşan limanlarında ardıcıl tayfunlar ciddi gecikmələrə səbəb olub. İyulda Ninbo-Çjouşan limanında gəmilərin yalnız 34,6%-i, Şanxayda isə cəmi 21%-i vaxtında çatıb. Şanxayda bu, son 14 ildə qeydə alınan ən aşağı göstəricidir.

Ən böyük geriləmə Çinin cənubundakı Yantyan limanında qeydə alınıb. Burada vaxtında çatma göstəricisi 23,5 faiz bəndi azalaraq 48,3%-ə düşüb. Honq- Konqda göstərici 51,6%, Sinqapurda 43,2%, Busanda 40,9%, Kelanq limanında isə 33,3% olub.

Asiyanın əsas limanlarındakı gecikmələr öz növbəsində qlobal konteyner daşımalarında cədvəl üzrə etibarlılıq göstəricisini iyulda 56,1%-ə endirib.   “Sea-Intelligence” hesab edir ki, limanlardakı yüklənmə qarşıdakı aylarda digər əsas marşrutlarda da yeni gecikmələrə səbəb ola bilər.

Asiya limanlarında yaranan sıxlıq bəzi gəmiçilik şirkətlərini Süveyş kanalı və Qırmızı dənizdən keçidə qayıtmağa sövq edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır