Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Hesabat: Xəstəliklər dənizçilər arasında qəzalardan daha çox ölümə səbəb olur  

“Britannia P&I Club”ın yeni hesabatına görə, dənizçilər arasında ölüm hallarının əsas səbəbi qəzalar deyil, xəstəliklərdir. Klubun təxminən 3 000 ekipajla bağlı sığorta tələbi üzrə apardığı təhlilə əsasən, ölümlərin 81 faizi xəstəlik, 19 faizi isə xəsarətlərlə əlaqəli olub.

“Seanews.az” xəbər verir ki, xəstəlikdən ölüm hallarının 58 faizi ürək-damar xəstəliklərindən baş verib. Ümumilikdə isə xəstəliklər bütün ekipajla bağlı sığorta tələblərinin 60 faizini, xəsarətlər 36 faizini təşkil edib.

Hesabatda gənc dənizçilər arasında psixi sağlamlıqla bağlı risklərin də artdığı vurğulanır. İntihar və dənizdə itkin düşmə hallarının gənc dənizçilərə daha çox təsir etdiyi bildirilir.

Əməliyyat riskləri arasında əl və barmaq xəsarətləri ən çox qeydə alınan xəsarət növü olub və xəsarətlərlə bağlı müraciətlərin 27 faizini təşkil edib. Xəsarət nəticəsində ölümlərin üçdə birindən çoxu isə dənizə düşmə halları ilə bağlı olub.

Hesabat dənizçilərin sağlamlığının qorunması, risklərin düzgün qiymətləndirilməsi, təhlükəsiz iş üsullarının tətbiqi və fərdi mühafizə vasitələrindən davamlı istifadənin vacibliyini vurğulayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır