Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Misir Aralıq dənizində böyük qaz yatağı aşkarlayıb

Misir Aralıq dənizinin şərqində Nargis blokunda böyük qaz yatağı aşkar edib.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Misir hökumətinin məlumatına görə, yatağın ehtiyatlarının qiymətləndirilməsi hələ də davam edir.

İlkin rəqəmlərə görə, yeni quyunun qaz ehtiyatlarının həcmi 70 milyard kubmetrdir.

Qaz yatağının kəşfi Misirin Aralıq dənizinin şərqində enerji mərkəzi kimi mövqe tutmaq səylərini sürətləndirə bilər.

Qeyd edək ki, İtaliyanın “ENI” neft və qaz şirkəti tərəfindən Misirin ərazi sularında aşkar edilən “Zöhr” qaz yatağı da Aralıq dənizində ən iri yataqlardan biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır