Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Günəşli” yatağında daha bir quyu istismara ver

Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi dayazsulu “Günəşli” yatağında neft və qaz hasilatının artırılması üçün yeni quyuların qazılması işlərini davam etdirir.  SOCAR-dan verilən xəbərə görə, bu məqsədlə Birliyin sifarişi ilə “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündən 355 nömrəli quyu qazmadan sonra istismara verilib.  Məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 2 985-2 974 metr intervaldan gündəlik 107 ton neft və 27 600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır