Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Grimaldi” ammonyakdan yanacaq kimi istifadə edə bilən beş Ro-Ro gəmisi sifariş edib

İtaliyanın “Ro-Ro” daşıyıcısı “Grimaldi Group” Çinin “Jiangsu” gəmiqayırma zavoduna (“China Merchants Heavy Industry”-a daxildir) idxal olunan avtomobillərin və yük maşınlarının daşınması üçün beş ixtisaslaşdırılmış gəminin (PCTC) tikintisini sifariş verib.

“Seanews.az”ın məlumatına görə, müqavilə əlavə beş oxşar gəmi tikmək variantını nəzərdə tutur. Müqavilənin dəyəri 1 milyard avrodur.

Bu  9000 CEU (avtomobil ekvivalenti yükü) tutumlu gəmilər elektrik nəqliyyat vasitələrini daşımaq üçün nəzərdə tutulmuşdur. Gələcəkdə bir qədər təkmilləşdirildikdən sonra bu gəmilərdə ammonyakdan yanacaq kimi istifadə edilə bilər.

Bu yeniliyə əlavə olaraq, yeni gəmilər litium-ion batareya sistemləri, günəş panelləri və sahil enerjisi ilə təchiz olunacaq.

Həmçinin, yeni ekoloji təmiz gəmilər optimallaşdırılmış dizaynla sualtı gövdənin hava ilə yağlama texnologiyasından istifadə edəcək.

İlk beş yeni gəmi 2025-ci ildən 2026-cı ilin sonuna qədər sifarişçiyə  təhvil veriləcək. Gəmilər “Grimaldi” donanmasının idarə etdiyi Avropa, Şimali Afrika, Yaxın Şərq və Uzaq Şərq arasındakı marşrutlara xidmət göstərəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır