Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Almaniyada LNG qəbul etmək üçün ilk üzən terminal istifadəyə verilib

Almaniyanın şimalında yerləşən Vilqelmsxafen şəhərində sıxılmış təbii qaz (LNG) daşıyan gəmilərin yanalması üçün nəzərdə tutulan ilk üzən terminalın açılışı olub. 

"Seanews.az" xəbər verir ki, açılış mərasimi Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə baş tutub. 

Olaf Şolts bildirib ki, belə terminalların açılması Almaniyanın enerji təhlükəsizliyi üçün əsas töhfələrdən biri hesab edilə bilər.

Almaniyanın federal höküməti Rusiya qazından asılılığı azaltmaq məqsədilə LNG qəbul etmək üçün belə terminalların tikintisini artırmaq niyyətindədir. Bu ilin sonuna qədər daha bir bu cür qurğunun təhvil verilməsi gözlənilir. 2023-cü ilin mayında isə digər iki üzən terminal təhvil verildikdən sonra Almaniyada ildə 33 milyard kubmetr qaz qəbul etmək imkanına malik infrastruktur olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır