Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

İlk üzən günəş enerjisi gəmisi inşa ediləcək

Tokio körfəzindəki “eSG” layihəsində Niderlandın üzən fotovoltaik texnologiya və layihələrin tərtibatçısı “SolarDuck”,  layihə sahibi Yaponiyanın “Tokyu Land Corporation” və akkumulyatorla işləyən avtomatlaşdırılmış yelkənli gəminin layihəçisi “Everblue Technologies” şirkətlərindən ibarət konsorsium iştirak edəcək.

“Seanews.az”-ın məlumatına görə, “Tokyu Land Corporation” Tokio körfəzi ərazisinə qabaqcıl texnologiya gətirmək məqsədi daşıyan “Tokyo Bay ESG” layihəsini həyata keçirmək üçün Tokio şəhər hökuməti ilə müqavilə imzalayıb.

Böyük “Tokyo Bay eSG” layihəsinin məqsədi qabaqcıl bərpa olunan enerji mənbələri, növbəti nəsil mobillik kimi  ətraf mühitin yaxşılaşdırılması və resursların təkrar emalı sahələrində qabaqcıl texnologiyaların tətbiqi yolu ilə 50-100 illik perspektivə malik dayanıqlı şəhər yaratmaqdır.

Mütəxəssislərin fikrincə, Tokio körfəzindəki “eSG” layihəsinin məqsədlərinə elektrik ötürücülü gəmiləri elektrik enerjisi ilə təmin edəcək Yaponiyanın ilk dənizdə üzən fotovoltaik elektrik enerjisi istehsalı sisteminin praktiki tətbiqi ilə nail olmaq olar. Həmçinin layihənin həyata keçirilməsi dənizdə üzən qurğular, akkumulyatorla işləyən gəmilər tərəfindən yaradılan bərpa olunan enerjidən istifadə imkanlarını nümayiş etdirməlidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır