Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yüklərin aşırılmasının avtomatlaşdırılması məhsuldarlığı 20% artıracaq

Cənubi Koreyanın Busan Yeni Limanında (BNP) avtomatlaşdırılmış konteyner terminalı istifadəyə verilib.

“Seanews.az” xəbər verir ki, Çanqvondakı 7 nömrəli konteyner terminalı (Seuldan 298 km cənub-şərq) ölkənin ilk tam avtomatlaşdırılmış terminalıdır. Yüklərin gəmilərdən konteynerlərə aşırılmasını avtomatlaşdırılması məhsuldarlığı digər limanlarla müqayisədə 20%-ə qədər artırır və təhlükəsizlik risklərini azaldır. Yeni liman köhnə Busan limanı və Çanqvon limanının ərazisində yerləşir.

Terminalın istifadəyə verilməsi mərasimində iştirak edən Cənubi Koreya prezidenti Yoon Seok-Yeol yeni limanın qlobal logistika mərkəzinə çevriləcəyini söyləyib və ölkənin gəmiçilik sənayesini dəstəkləyəcəyini vəd edib.

O, həmçinin Cənubi Koreya gəmiçilik şirkətlərinin donanmalarını genişləndirmək üçün maliyyələşdirilməsinə dövlət büdcəsindən 5,5 trilyon von (4 milyard dollar) ayıracağına söz verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır