Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-14,
Seanews
Heyder Eliyev

Çində akkumulyator dəyişdirmə sistemli 89 gəmi sifariş edilib

Çinin Hubey əyalətində akkumulyator dəyişdirmə sistemi ilə işləyən 89 elektrikli quru yük gəmisinin seriyalı tikintisi ilə bağlı müqavilələr imzalanıb. Sifarişə 10 min tonluq 29, 5 min tonluq 20 və 3 min tonluq 40 gəmi daxildir.

“Seanews.az” xəbər verir ki, gəmilər üçün akkumulyatorların gəmi ilə birlikdə alınması əvəzinə gövdə və akkumulyatorların ayrılması modeli tətbiq olunacaq. Gəmi sahibləri yalnız gəmiləri alacaq, dəyişdirilə bilən akkumulyator bloklarını isə icarəyə götürəcəklər. Akkumulyatorlar marşrut boyunca xüsusi məntəqələrdə yeniləri ilə əvəzlənəcək.

10 min tonluq gəmilər Yantszı çayında Çuntsin–Tszyanyin marşrutunda dəmir filizi, kömür və digər yüklərin daşınması üçün nəzərdə tutulub. İlk gəmilərin tikintisinə bu ilin sonunadək başlanması planlaşdırılır. 5 min tonluq gəmilərin 2027-ci ildə istismara verilməsi, 3 min tonluq gəmilərin isə gələn ilin birinci rübündən marşrutlara buraxılması gözlənilir.

Layihənin təşəbbüskarlarından “Huadian Yangtze Smart Energy” bildirir ki, akkumulyatorların gəmi qiymətindən ayrılması ilkin investisiyanı 20-50%, standartlaşdırılmış layihə və seriyalı istehsal isə tikinti müddətini təxminən 20% azalda bilər. Şirkət həmçinin elektrik enerjisi xərclərinin ənənəvi gəmi yanacağı ilə müqayisədə təxminən yarı səviyyəsində olacağını bildirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır