Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“HID Dredger” şirkəti sifarişçini gəmiyə texniki xidmət xərclərini azaldacaq ehtiyat hissələri ilə tam təmin edib

“Shandong Haohai Dredging Equipment” (“HID Dredger”, Çin) Rusiya sifarişçisinə ölkənin su yollarında dibdərinləşdirmə işlərində istifadə olunacaq “HIDCSD4016” layihəli yerqazan gəmisini təqdim edib.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

“HID Dredger” sifarişçinin “tanınmış rus mühəndis podratçısı” olduğunu bildirsə də, şirkətin adını açıqlamayıb.

“HIDCSD4016” gəmisi 13 metrə qədər dərinlikdə işləyərkən saatda 2 min kubmetrə qədər torpaq çıxarır.

“HID Dredger” həmçinin sifarişçini gəmiyə texniki xidmət xərclərini azaldacaq ehtiyat hissələri ilə tam təmin edib.

Əlavə edək ki, bu, Çin şirkətinin Rusiya üçün inşa etdiyi ilk yerqazan deyil.

“HID Dredger” kimi tanınan “Shandong Haohai Dredging Equipment Company” 1990-cı ildə yaradılıb. Yerqazan gəmilərin layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmış şirkətin Çində dibdərinləşdirmə işlərində böyük təcrübəsi var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır