Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

ABŞ HDQ onlarla “Sea-Stalker” dəniz hücum dronları sifariş edib

ABŞ-nin “Swiftships” şirkəti ilk dəfə olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) dəniz hücum dronlarının tədarükü üçün müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, “Swiftships” gəmiqayırma şirkəti ABŞ Müdafiə Nazirliyinin “Replicator” proqramı çərçivəsində ABŞ HDQ-yə dəniz hücum dronları verəcək.

Sifariş edilən sistemlərin sayı və çatdırılma tarixləri göstərilməyib, lakin dronların xüsusiyyətləri haqqında məlumat istehsalçı “Swiftships” tərəfindən təqdim edilib.

İstehsalçı “Swiftships” ayda 15-20 dronun istehsal oluna biləcəyini də açıqlayıb.

“Swift Sea-Stalker” operatora ehtiyac olmadan idarə olunan və ya avtonom rejimdə kəşfiyyat, zərbə missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulmuş 6 metr uzunluğunda kiçik insansız dəniz platformasıdır.

Dronun maksimal sürəti 86 km/saat, effektiv mənzili 1800 km və dözümlüyü 40 saatdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır