Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

Böyük tutumlu qaz daşıyıcısı 20 metrlik rotor yelkənləri ilə təchiz edilib

“IINO Kaiun Kaisha” (“IINO Lines”) gəmiçilik şirkətinin böyük tutumlu “Oceanus Aurora” qaz daşıyıcısı (VLGC) iki rotor yelkəni ilə təchiz edilib.

"Seanews.az" xəbər verir ki, yelkənləri Finlandiyanın “Norsepower Oy” şirkəti quraşdırıb. Hündürlüyü 20 və diametri 4 metr olan bloklar gəminin səth ölçüsü məhdudiyyətlərini nəzərə almaq üçün xüsusi olaraq hazırlanıb.

Yelkənlər yanacaq sərfiyyatını və karbon qazı emissiyalarını təxminən 4% azaldacaq ki, bu da beynəlxalq dekarbonizasiya hədəflərinə uyğundur.

Bu gəmi Avstriyanın poliolefinlər və əsas kimyəvi məhsullar istehsal edən “Borealis” şirkətinə uzunmüddətli icarəyə verilib. Qaz daşıyıcısı “DSME” gəmiqayırma zavodunda (hazırda “Hanwha Ocean”) tikilib və 2023-cü ilin martında istismara hazır olub.

“Oceanus Aurora” gəmisi qazı ABŞ, İsveç və Finlandiya arasında nəql edir. 

1899-cu ildə əsası qoyulmuş Yaponiyanın “IINO Lines” gəmiçilik şirkəti isə enerji resursları və əlaqəli yüklər, o cümlədən neft, mayeləşdirilmiş qaz, LPG, neft-kimya məhsulları və toplu yüklərin dəniz daşımaları üzrə ixtisaslaşmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır