Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-30,
Seanews
Heyder Eliyev

Sualtı texniki işlər və dəniz mühəndisliyi tədqiqatları üçün nəzərdə tutulan platformanın sınaqları başa çatıb

Çindəki gəmiqayırma zavodunda “Widson-50” modullu özüqalxan platformanın sınaqları başa çatıb.

“Seanews.az” bu barədə layihə və tikinti işləri texniki nəzarəti altında həyata keçirilən Rusiya Dəniz Gəmiçilik Reyestrinin “Telegram” kanalına istinadən məlumat verir.

Dayanıqlığının, yükgötürmə qabiliyyətinin, qaldırıcı mexanizmlərin və xüsusi avadanlıqların sınaqları konstruksiyanın təhlükəsizlik standartlarına uyğun olduğunu təsdiqləyib.

Uzunluğu 17,16 metr, eni 12,6 metr, dedveyti  79,5 ton olan platformanın ümumi yükgötürmə qabiliyyəti 50 tondur.

“Widson” şirkəti tərəfindən hazırlanmış platforma sualtı texniki işlər və dəniz mühəndisliyi tədqiqatları üçün nəzərdə tutulub. Konstruksiya və layihə tikinti, geotexniki və geoloji kəşfiyyat işləri, mürəkkəb mühəndislik tədqiqatları zamanı 1,5 metrdən 30 metrə qədər dərinlikdə işləməyə imkan verir.

Qeyd edək ki, “Vidson” şirkəti 2023-cü ildə yaradılıb və Arktika regionunda qazma əməliyyatları üzrə ixtisaslaşıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır