Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-31,
Seanews
Heyder Eliyev

Elektriklə işləyən yeni bərə Şimal dənizində istismar ediləcək

Niderlandın “Damen Shipyards” gəmiqayırma qrupu Almaniyanın tamamailə elektriklə işləyən ilk bərəsini donanma operatoru “AG Reederei Norden-Frisia”-ya təhvil verib.

“Seanews.az”ın “Damen”in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, gəmi Şimal dənizində Norddayhom və Norderney arasındakı bərə xəttinə xidmət göstərəcək.

Katamaran tipli (“E-Kat”) bərə “Damen”-in Polşa və Niderlanddakı gəmiqayırma zavodlarında tikilmişdir. Uzunluğu 32 metr, istismar sürəti 12 düyün olan bərə göyərtəsinə 150 sərnişin götürəcək.  

İkiqat alüminium gövdəyə malik gəminin suya oturumu 1,2 metrdir.

Qeyd edək ki, “Damen Shipyards Group” 40 gəmiqayırma və gəmi təmiri zavodunu idarə edir. İllik istehsal gücü təxminən 180 gəmi olan qrupun tərsanələrində indiyədək 5000-dən çox gəmi inşa edilmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır