Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

9-cu ildə ilk böyük avtonom konteynerdaşıyıcısı istismara verilə

Kiçikhəcmli gəmilərin pilotsuz modelləri çoxdan mövcuddur. Amma iri gəmilər üçün bu, yalnız gələcək perspektivdə nəzərdə tutulurdu. Artıq 2019-cu ildə dünyada ilk böyük avtonom konteynerdaşıyıcısı istismara veriləcək. Gəmi Norveçin “ Yara” şirkəti tərəfindən inşa edilir. Şirkət atmosferə tullantısı sıfır səviyyədə olan və tamamilə avtonom rejimdə hərəkət edən gəmi modelinin təqdimatını keçirib. Gəmi “Yara” şirkətinin zavodundan Breyvik və Larvik limanlarına yüklərin daşınmasına cəlb ediləcək. Bu cür nəqliyyat vasitəsi 40000 səfərlik dizel yanacağına qənaət etməyə imkan verəcək. “YARA Birkeland” adlı konteynerdaşıyıcısı 2018-ci ilin birinci yarısında sınaq səfərlərə çıxacaq. 2020-ci ildən isə tam gücü ilə yükdaşımalara cəlb olunacaq. Gəmini elektrik cihazları ilə “Konsberg” şirkəti təchiz edəcək. Yeni innovasiya dənizlə yükdaşımalar sahəsinin inkişafında  nəhəng addım hesab olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır