Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

WhatsApp”ın bəzi funksiyaları pullu ol

“Facebook” şirkəti sahibi olduğu “WhatsApp” əlavəsində yeni funksiyalarından istifadəyə görə şirkətlərdən gələcəkdə ödəniş almaq niyyətindədir.  “Biz şirkətlərə məlumat göndərmək və arzu etdikləri cavabları almaq üçün insanlara imkan yaratmaq istəyirik. Gələcəkdə bunun üçün şirkətlərdən pul almağı planlaşdırırıq”, – deyə “WhatsApp”ın əməliyyat direktoru Mett Atdem bildirib.    Yenilik kiçik şirkətlər üçün yaradılmış “WhatsApp Business” əlavəsinə, həmçinin iri korporasiyalar üçün əlavə alətlərə aid olacaq. Bu, birbaşa olaraq “WhatsApp”ın əsas əlavəsinə qoşulmağa imkan verəcək. Hazırda bu xidmətlər Braziliya, Avropa, Hindistan və İndoneziyada sınaqlardan keçirilib. Xüsusilə də xidmət Hollandiyanın “KLM Royal Dutch Airlines” şirkəti tərəfindən istifadə edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır