Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

Rolls-Royce” və “Google” arasında avtonom gəmi ortaqlı

“Google” və “Rolls-Royce” gəmilərdə süni intellekt sistemini inkişaf etdirmək üçün birgə əməkdaşlıq edəcək. “seanews.az” xəbər verir ki, bununla bağlı iki şirkət arasında müqavilə imzalanıb. Sənədə əsasən, “Rolls-Royce”  “Google”-un “Cloud Machine Learning Infrastructure” sistemindən istifadə edəcək. Bununla da  dənizdə gəminin qarşılaşa biləcəyi təhlükələri izləmək mümkün olacaq. Gəmi ətrafına quraşdırılan kameralarla işləyəcək bu texnologiya sayəsində kapitanlara ehtiyac qalmayacağı bildirilir. “Rolls-Royce” şirkəti məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, ağıllı məlumatlandırma sistemi  gəmilərin və heyətin dənizdə  daha təhlükəsiz olmasını təmin edəcək.  Bununla belə, sistem əməliyyat xərclərini xeyli azaltmağa imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır