Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

Tesla gəmiləri” bu il istismara verilə

“Tesla gəmiləri” deyilən yeni nəsil ilk elektrikli avtonom gəmiləri bu ilin avqustunda Hollandiyanın Vilhelmiya kanalında istismara veriləcək. “Seanews.az” xəbər verir ki, bunu “Port Liner”in rəhbəri Ton Van Migen deyib. Onun sözlərinə görə, ümumilikdə il ərzində altı elektrikli avtonom gəmisi fəaliyyətə başlayacaq. Həmin gəmilər Amsterdam, Antverp və Roterdam limanları arasında xidmət göstərəcək. Hollandiyanın dar kanallarına uyğun tikilmiş gəmilər fərqli ölçülərdədirlər.   Gəmilər enerjini xüsusi hazırlanmış konteyner sistemi ilə yığacaq. “Port Liner” in yeni elektrikli gəmi layihəsinin dəyərinin 100 milyon avro olduğu bildirilir. Bundan başqa, gəmilərin tikilməsi üçün Avropa Birliyindən 7 milyon avro dəyərində dəstək də alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır