Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ndə ağıllı “Delfin” işə dü

Şanxayda “İ-Dolphin” adlı ilk ağıllı Çin gəmisi suya buraxılıb.  “Seanews.az” xəbər verir ki, unikal üzən vasitə “China Merchants Group” şirkətinin sifarişi əsasında inşa edilib.   “İ-Dolphin” Çin gəmi təsnifatı cəmiyyəti tərəfindən sertifikatlaşdırılmış dünyanın ilk intellektual gəmisidir. Uzunluğu 179, eni 32 metr olan gəmi 38.800 ton yük götürmə qabiliyyətinə malikdir. Gəmi alternativ marşrutlar haqqında məlumat toplamağa imkan verən innovativ naviqasiya sistemi ilə təchiz edilib. Sistemin təqdim etdiyi marşrutlar rahatlığı ilə seçilir. Üstəlik, bu yollar vaxta və yanacağa qənaət etmək baxımından da üstün sayılır. “İ-Dolphin” Çin və Avstraliya arasında müntəzəm reyslərdə, həmçinin Cənub-Şərqi Asiya ölkələri arasında hərəkət edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır