Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

nizçilər xüsusi proqramla öz fiziki və emosional vəziyyətinə nəzarət edə biləcək

Dənizçilər üçün sosial, emosional, fiziki, intellektual və zehni vəziyyətini izləməyə imkan verən mobil proqram istifadəyə verilib. “Sailors’ Society” Dənizçilər Birliyinin sədr müavini Sandra Uelç yeni proqramın sənaye nümayəndələrindən müsbət rəy aldığını söyləyib: “Biz bu proqramı dənizçilərin sağlamlığını izləyə bilmələri üçün bir vasitəyə çevirməyə hazırıq. Bu məqsədlə “Wellness at Sea” proqramı tərtib edilib”. Bundan əlavə, proqram liman kataloquna, dənizçiləri dəstəkləyən xeyriyyə dəniz təşkilatlarının əlaqə məlumatlarına çıxışı təmin edir. Bunlardan “Apostleship of the Sea”, “Mission to Seafarers” və “North American Maritime Ministries Association”-u sadalamaq olar. Həmçinin bu proqramın köməyi ilə gəminin hərəkətini izləmək və limana gəlmə vaxtını öyrənmək mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır