Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

rbaycan dəniz suyundan yanacaq alınması texnologiyasının ixracına hazırla

Azərbaycan alimləri “Hidroqaz” adlı dəniz suyundan yanacağın alınması texnologiyasını təkmilləşdirib. Bu barədə layihənin təşəbbüskarlarından biri Mürvət Qəribov deyib. Onun sözlərinə görə, əldə edilən praktiki nəticələr yeni texnologiyanın səmərələliyini və məhsuldarlığını sübuta yetirməyə imkan yaradıb. “Texnologiyanın təkamülü ondan ibarətdir ki, dəniz suyunun emalı prosesində alınan yanacaq artıq əsas məhsul deyil. Başlıca məhsul dəniz suyunun emalı nəticəsində əldə edilən yuyucu vasitədir. Bu cür yuyucu vasitənin əsas xüsusiyyəti ondan ibarətdir ki, pərəkəndə şəbəkədə təqdim olunan məhsullardan fərqli olaraq onun tərkibində insan orqanizmi və ətraf mühit üçün təhlükə yaradan kimyavi elementlər yoxdur. Yəni, biz onun təhlükəsiz və texnoloji cəhətdən təmiz formasını əldə etməyə müvəffəq olmuşuq”, – deyə Qəribov bildirib. Texnologiyanın Türkiyənin rabitə bazarına ixrac olunması planlaşdırılır. Bununla əlaqədar Türkiyənin energetika nazirliyinə rəsmi müraciət ünvanlandırılıb: Biz daim bu texnologiyanın təkminləşdirilməsi üzərində çalışırıq. Məsələn, hazırda tərəfimizdən reaktorun təkmilləşdirilmiş versiyası hazırlanır və onun yekun prototipinə çox yaxınlaşmışıq . Bu gün reaktor saatda bir kub metr qazın alınması məqsədi ilə 100 litr suyu emal etməyə qadirdir. Yəni, bir saat ərzində biz 100 litrə yaxın hazır yuyucu vasitə əldə edə bilərik. İlk dəfə texnologiya 2014-cü ildə Bakıda I Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisində nümayiş etdirilib. Texnologiya patentləşdirilib, və yanacağın alınmasının ekoloji cəhətdən təmiz bir üsuludur. O həmçinin vurğulayıb ki, bu üsul ətraf mühitin qorunmasında və qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynamaq üçün nəzərdə tutulub. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır