Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Avtonom gəmi 2020-ci ildə kəşfə çıxacaq

Avtonom gəmi sistemlərinin təkmilləşdirilməsi ilə məşğul olan “The Mayflower Autonomous Ship” şirkəti heyətsiz gəmisini 2020-ci ildə okeanları araşdırmağa göndərir.

Yeni avtonom gəmi Plimut şəhərindən səfərə çıxacaq və haqqında çox da məlumat olmayan sularda araşdırma aparacaq. Bu zaman müxtəlif sensorlarla  mərkəzə məlumat göndərəcək. Bununla da, şirkət dünya okeanlarının 3D xəritəsini hazırlayacaq.

Gəmi yalnız rəqəmsal sensorlar vasitəsilə məlumat təqdim etməyəcək, zərurət olduqda şirkətin qərargahına peyk bağlantısı ilə həyəcan siqnalları və sms göndərəcək.

Üzən vasitə  müasir yelkənlər sayəsində külək gücü ilə də hərəkət edə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır