Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Avtonom dibdərinləşdirən gəminin layihəsi təqdim olunub

Hollandiyanın “C-Job Naval Architects şirkəti” “AUMD”  adlı innovativ avtonom dibdərinləşdirən gəmisinin layihəsini təqdim edib.

Gəmi avtonom rejimdə suyun dibində 12 saat qazıntı aparmaq imkanına malikdir. Adi dibdərinləşdirən gəmidən fərqli olaraq “AUMD”-un mühərriki 55% az güc tələb edir.

Gəminin uzunluğu 80 metr, maksimum qazma qabiliyyəti 35 metr, yük bölməsinin sahəsi – 3500 kv/m, sürəti 11 uzeldir.

Şirkətdən bildirilib ki,  gəmi həm texniki, həm də iqtisadi baxımdan böyük üstünlüklərə malikdir. İlkin sərmayənin yüksək olmasına baxmayaraq, əməliyyat xərcləri daha azdır və bu gəmi növbəti 15 ildə sahibinə ikiqat gəlir gətirə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır