Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Yalnız elektriklə işləyəcək ilk yedək gəmisinin tikintisinə başlanılıb

Amerikanın “Master Boat Builders” şirkətinin Koden (Alabama ştatı) gəmiqayırma zavodunda yalnız elektrik enerjisi ilə işləyəcək dünyada ilk yedək gəmisinin tikintisi işlərinə başlanılıb.

“Seanews.az” xəbər verir ki, layihə “Crowley Engineering” şirkəti  tərəfindən ABŞ-ın nəhəng San Dieqo limanında (ABŞ-ın Qərb sahilində Los Ancelesdən sonra ikinci ən böyük limanında) yükaşırma əməliyyatlarını dəstəkləmək üçün xüsusi olaraq hazırlanmışdır.

Tikintisi həm federal qurumlar, həm də Kaliforniya ştatı tərəfindən  maliyyələşdiriləcək gəmi təxminən 25 metr (82 fut) uzunluğundadır və tutumu gün ərzində fasiləsiz işləməyi təmin edəcək bir akkumulyatorla təchiz ediləcəkdir. Batareyalar sahil elektrik stansiyasından doldurulacaq. Doldurma müddətinin dörd-beş saatdan çox olmayacağı güman edilir.

10 düyünə qədər sürət yığa biləcək “eWolf” ("ElectroWolf") adlı yedək gəmisinin sifarişçiyə 2023-cü ildə təhvil verilməsi planlaşdırılır.  2050-ci ilə qədər isə “Crowley Engineering” elektriklə işləyəcək müxtəlif tipli gəmilərin layihələrini hazırlamaq istəyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır