Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Dünyanın ilk LNG supertankeri

Çin gəmi inşaatçıları əsas yanacağı mayeləşdirilmiş təbii qaz olan nəhəng neft tankeri inşa ediblər.

“Seanews.az” xəbər verir ki,  “Yuan Rui Yang” adlanan gəmi Dalyan şəhərində yerləşən “Dalian Shipbuilding Industry” tərsanəsində Çinin “COSCO” gəmi konserni üçün tikilib.

Uzunluğu 333 metr və eni 60 metr olan yeni supertankerin güc qurğuları həm ənənəvi dəniz yanacağı, həm də mayeləşdirilmiş təbii qazla işləyəcək.

LNG ehtiyatı ümumi tutumu 3500 kubmetr olan iki C formalı yanacaq çənində saxlanılacaq ki, bu da bazarda ən populyar LNG tankerlərinin yük həcmləri ilə müqayisə oluna bilər. Yanacaq çənləri və qazlaşdırma texnologiyasının tətbiqi barədə ətraflı məlumat verilməsə də, bütün hərəkət sistemi Çin istehsalıdır.

Mayeləşdirilmiş təbii qazla  supertankerin qət edəcəyi məsafə 12 000 dəniz mili təşkil edəcək, adi və LNG yanacağından birgə istifadə isə bu rəqəmi 24 000 milə qədər artıracaq. Beləliklə, zərurət yaranarsa, gəmi yerin ekvatorunun uzunluğunun yarısına bərabər olan məsafəni əlavə yanacaq təchizatı olmadan qət edə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır