Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Gəminin damında elektrik şəbəkəsini qidalandıran günəş panelləri olacaq

Niderlandın dəniz akkumulyator sistemlərinin layihəçisi və təchizatçısı “EST-Floattech” sistem inteqratoru “Holland Ship Electric” ilə müqavilə əsasında tam elektriklə işləyən “Wellingdorf” bərəsi üçün 1092 kVt/saat tutumlu akkumulyator sistemini təchiz etmişdir.

“Seanews.az”ın məlumatına görə, bu bərə yedək və bərə operatoru “SFK” (Kil) üçün altı hibrid və ya tam elektrik gəmisi seriyasından beşincidir.

Gəmi “Holland Shipyards Group” tərəfindən layihələndirilib və inşa edilib. Plana görə, sonuncu (hibrid) - altıncı “Schilksee” gəmisi 2026-cı ilin əvvəlində “SFK”-ya təhvil veriləcək.

Bu ilin əvvəlində “Holland Shipyards Group”, “Holland Ship Electric” və “EST-Floattech” şirkətləri ilə əməkdaşlıq çərçivəsində üç hibrid mühərrikli “Friedrichsort”, “Gaarden” və “WIK” bərələrini istismara verdi. Altı gəmi seriyasına, həmçinin “SFK”-nın aşağı və ya sıfır emissiyalı gəmilərlə donanma yenilənməsi proqramının bir hissəsi kimi tikilən ekoloji təmiz “Dürstenbrook”  sərnişin bərəsi daxildir.

Almaniya Federal Nəqliyyat və Rəqəmsal İnfrastruktur Nazirliyi tikinti layihəsinin ümumi dəyərinin təxminən 15%-i ilə yaşıl gəmi tikintisi proqramına töhfə verib.

Uzunluğu 24,7 metr, eni 7,2 metr olan “Wellingdorf” bərə 140 sərnişin və 60 velosipedçi tutumuna malikdir. Gəmi ayrıca akkumulyator sistemi ilə təchiz olunub və dizel mühərriki tərəfindən təmin edilən ehtiyat gücə malik deyil. Bundan əlavə, gəminin avtomatlaşdırılmış elektro-hidravlik yanalma sistemi var. Dayanacaqda elektrik stansiyası enerji sərf etməyəcək. Damda gəminin elektrik şəbəkəsini qidalandıran 20 günəş paneli var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır