Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-14,
Seanews
Heyder Eliyev

Bilik Günü ərəfəsində məktəblilər üçün gəmi-muzeyə xüsusi ekskursiya təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində 15 Sentyabr – Bilik Günü ərəfəsində məktəblilər üçün xüsusi ekskursiya təşkil edilib.

Bu ekskursiyanın digər tədbirlərdən fərqli və yaddaqalan tərəfi isə bələdçi olub. Belə ki, ekskursiyaya bu il məktəb həyatına ilk qədəmlərini qoyan Bakı Avropa Liseyinin şagirdi Selin Hüseynova bələdçilib edib. O, həmyaşıdlarına Azərbaycanın dənizçilik tarixinin müxtəlif mərhələləri, gəmiçilik ənənələri və “Suraxanı” gəmisinin muzeyə çevrilməsi prosesi haqqında maraqlı məlumatlar verib.

Ziyarət çərçivəsində uşaqlar muzeyin interaktiv imkanlarından geniş istifadə ediblər. Onlar oyun manipulyatorları vasitəsilə müxtəlif gəmiçilik əməliyyatlarını yerinə yetirərək praktiki bacarıqlar qazanıblar.

ASCO-nun Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasına uyğun olaraq “Suraxanı” gəmi-muzeyində davamlı təşkil olunan bu cür maarifləndirici ekskursiyalar uşaqların dənizçilik irsimizlə daha yaxından tanış olmasına, onların gəmiçilik sahəsinə marağının artırılmasına və ümumilikdə dünyagörüşlərinin zənginləşdirilməsinə xidmət edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır