Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-15,
Seanews
Heyder Eliyev

Türkiyə sahillərində 4 700 illik gəmi qalıqları aşkarlanıb

Aralıq dənizində, Türkiyənin Antalya bölgəsindəki Kekova adası yaxınlığında təxminən 4 400–4 700 il əvvələ aid gəmi qalıqları aşkarlanıb. Tədqiqatçılar bunun dünyada indiyədək məlum olan ən qədim gəmi qalıqlarından biri ola biləcəyini bildirirlər.

“Seanews.az” xəbər verir ki, təxminən 30 metr dərinlikdə yerləşən qalıqların arasında üç iri daş lövbər və 30-dan çox saxlama qabı tapılıb. Gəminin taxta hissələri qorunmasa da, qabların forması və bəzəkləri onların Erkən Tunc dövrünə aid olduğunu göstərir. Gəminin uzunluğunun təxminən 10 metr olduğu ehtimal edilir.

Qablardan bəzilərinin içərisində naməlum maddə qalıqları aşkarlanıb. Alimlər bu maddənin zeytun yağı, şərab və ya ağac qatranı ola biləcəyini ehtimal etsələr də, hələlik dəqiq nəticə əldə edilməyib.

Tapıntı həmin dövrdə Aralıq dənizində yüklərin gəmi ilə daşındığını göstərən mühüm sübut hesab olunur. Aşkarlanmış əşyaların Antalyada yaradılması planlaşdırılan yeni Sualtı Arxeologiya Muzeyində nümayiş etdirilməsi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır