Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-06,
Seanews
Heyder Eliyev

Dənizçilərin ortaq rabitə dili: Siqnal bayraqları

Dənizdə əsrlər boyu gəmilər arasında əlaqə yaratmaq, təhlükəli yükləri bildirmək və ya suya insan düşməsi kimi fövqəladə hallarda dərhal xəbər vermək üçün maraqlı vasitədən istifadə olunub: rəngli bayraqlardan. İndi onlara siqnal bayraqları deyirik. Çünki müxtəlif donanmaların fərqli işarələrindən başlanan bu qədim dənizçilik ənənəsi zamanla vahid Beynəlxalq Siqnal Koduna çevrilib. Gəmi dirəklərində dalğalanan rənglər artıq dil, mədəniyyət sərhədi tanımayan ümumi bir rabitə vasitəsidir.

Onlar verdikləri mesaja görə hansı adlar altında bölünüb, gəminin harasında quraşdırılır?

Siqnal bayraqları, onların yaranma tarixi ilə bağlı "Bələdçidən soruş" rubrikamızın növbəti videosunda ətraflı məlumat verilir.

Həmçinin “Suraxanı” gəmi-muzeyində interaktiv vasitələrdən istifadə etməklə siqnal bayraqları haqqında bilgi əldə edə, onların mənalarını öyrənə və özünüz də bu prosesin iştirakçısına çevrilə bilərsiniz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır