Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-12,
Seanews
Heyder Eliyev

Siciliya sahillərində 2 000 illik Roma gəmisinin qalıqları aşkarlanıb

İtaliyanın Siciliya adası sahillərində yaşı 2 000 ildən çox olan qədim Roma gəmisinin qalıqları aşkarlanıb.

“Seanews.az” xəbər verir ki, təxminən 46 metr dərinlikdə yerləşən gəmi qəzasının eramızdan əvvəl II və ya I əsrə aid olduğu bildirilir.

Təxminən 21 metr uzunluğunda və 6 metr enində olan gəminin içərisində şərab və zeytun yağı kimi məhsulların daşınması üçün istifadə edilən yüzlərlə yaxşı qorunmuş amfora aşkar edilib.

Gəmini balıqçıların verdiyi məlumat əsasında xüsusi polis dalğıcları tapıb. Yerli məlumatlara görə, sərbəst dalğıc Giakomo De Mola Mazara del Vallo sahillərində dəniz dibini araşdırarkən skanerində böyük qayaya bənzəyən obyekt görüb. Yaxından baxmaq üçün suya baş vuran dalğıc bunun qaya olmadığını, qədim gəminin qalıqları olduğunu müəyyən edib.

İtaliyanın Mədəniyyət naziri Alessandro Giuli tapıntını son illərin ən əhəmiyyətli sualtı arxeoloji kəşflərindən biri adlandırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır