"Sözümüz imzamızdır" proqramının növbəti buraxılışı Azərbaycanın dəniz nəqliyyatının imkanlarına həsr olunub - VİDEO
AZTV-nin "Sözümüz imzamızdır" proqramının növbəti buraxılışı Azərbaycanın dəniz nəqliyyatının imkanlarına həsr olunub.
Veriliş ASCO-nun Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi ilə Qazaxıstana səfər çərçivəsində hazırlanıb.
Qeyd edək ki, AZTV-nin İctimai-siyasi proqramlar studiyasının hazırladığı "SÖZÜMÜZ İMZAMIZDIR!" adlı layihədə ölkəmizin dünyada islahatçı, regionun lideri, güclü iqtisadiyyata malik dövlət kimi tanınması tamaşaçılara çatdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır