Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-07,
Seanews
Heyder Eliyev

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Qazaxıstan Xəzər dənizinin qorunması üzrə dövlətlərarası proqram hazırlayır və sahilyanı ölkələrlə əməkdaşlığı inkişaf etdirir.

AZƏRTAC Qazaxıstan Hökumətinə istinadla xəbər verir ki, əsas diqqət Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı məsələlərə, biomüxtəlifliyin qorunmasına, çirklənmə ilə mübarizəyə və monitorinqin təkmilləşdirilməsinə yönəldilir.

Yüksəksəviyyəli dialoq çərçivəsində “Xəzər dənizinin səviyyəsinin azalması şəraitində dayanıqlılığın artırılması” layihəsinə başlanılıb. BMT-nin İnkişaf Proqramı (BMTİP) və beynəlxalq tərəfdaşlarla birgə dəniz və sahilyanı resursların idarə edilməsi, plastik çirklənmənin azaldılması və biomüxtəlifliyin, o cümlədən Xəzər suitisinin qorunması üzrə layihələr də formalaşdırılır.

Bundan əlavə, Qazaxıstanda ixtisaslaşmış elmi-tədqiqat institutunun yaradılması istiqamətində hazırlıq işləri aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır