Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-06,
Seanews
Heyder Eliyev

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Rusiya Qara dənizdə raps yağı daşıyan ticarət gəmisinə dron hücumu edib. Zərbə nəticəsində bir nəfər həlak olub, yeddi dənizçi yaralanıb.

AZƏRTAC bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin “Telegram” kanalında paylaşımına istinadla xəbər verir.

O bildirib: “Marşal adaları bayrağı altında üzən və raps yağı ilə yüklənmiş ticarət gəmisi Rusiyaya məxsus dronun zərbəsi nəticəsində zədələnib”.

Hücum zamanı gəminin üst konstruksiyası zədələnib və yanğın baş verib. Nəticədə bir nəfər ölüb, yeddi dənizçi yaralanıb.

Bu zərbə Rusiyanın Qara dənizdə mülki gəmiçiliyə qarşı hücumunun sonuncu nümunəsidir.

Odessa Regional Hərbi Administrasiyası mülki gəmilərə və liman infrastrukturuna qarşı qəsdən edilən hücumların beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu vurğulayıb. Bu cür hücumlar, həmçinin mülki gəmiçilik üçün əlavə risklər və qlobal ərzaq təhlükəsizliyinə təhdid yaradır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır