Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-07,
Seanews
Heyder Eliyev

Soçi sahillərində tanker yanıb, dənizə neft sızıb

Rusiyanın Soçi kurort şəhərinin sahillərində böyük tankerdə yanğın baş verib və gəmidən dənizə neft sızıb.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, hadisə oktyabrın 6-da qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə gəminin orta hissəsində güclü yanğın, daha sonra isə sağ bort boyunca dənizə yayılan və yanan neft görünür.

İlkin məlumatlarda gəminin daha əvvəl Ukraynanın Rusiyanın neft ixracında iştirak etdiyinə görə sanksiya tətbiq etdiyi “Aframax” tipli “Rio” tankeri olduğu bildirilir. Gəmi sonuncu dəfə Soçinin cənub-şərqində yerləşən Sirius sahillərində qeydə alınıb.

Peyk görüntülərini təhlil edən TankerTrackers.com əvvəlcə gəmini Rusiya bayrağı altında üzən “Sphere” tankeri kimi müəyyən etsə də, sonra bu məlumatı düzəldərək gəminin “Rio” olduğunu açıqlayıb.

Hadisədən əvvəl hava hücumu siqnallarının və partlayış səslərinin eşidilmədiyi bildirilir. Ukrayna hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. Tankerdə baş verən yanğının qəza, yoxsa döyüşlə əlaqəli insident olduğu hələlik məlum deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır