Ən böyük konteyner gəmisi Syamen limanına yan alıb - VİDEO
Dünyanın ən böyük konteyner gəmisi “MSC İrina” Çinin şərqindəki Syamen limanına yan alıb.
“Seanews.az” xəbər verir ki, Syamendə konteynerdaşıyana 3,1 min TEU-dan çox mallar, o cümlədən geyim, elektronika və dəniz məhsulları yüklənib. Dünyanın ən böyük konteyner gəmisi onları "Bir kəmər, bir yol" marşrutuna daxil olan ölkələrin limanlarına çatdıracaq.
Uzunluğu 399,99 metr, tutumu 24 346 TEU, yükgötürmə qabiliyyəti 224 900 ton olan konteyner gəmisi Çinin “Jiangsu Yangzi Xinfu Shipbuilding” gəmiqayırma zavodunda inşa edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır