Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-16,
Seanews
Heyder Eliyev

“Airbus” komponentlərini daşıyacaq gəmi altı rotor yelkəni ilə təchiz edilib

“Airbus” şirkətinin təyyarə komponentlərini daşımaq üçün nəzərdə tutulan “Spirit of Toulouse” Ro-Ro gəmisi altı rotor yelkəni ilə təchiz olunub. Çində inşa edilən gəmi külək enerjisindən istifadə edən hərəkət sisteminə malik ən böyük Ro-Ro gəmisi olmaqla yanaşı, bir gəmidə quraşdırılan mexaniki yelkənlərin sayına görə də seçilir.

“Seanews.az” xəbər verir ki, gəmidə hər birinin hündürlüyü 35 metr, diametri isə 5 metr olan “Norsepower Rotor Sail” sistemləri quraşdırılıb. İki yanacaqlı əsas mühərriklər və generatorlarla təchiz edilən gəmi e-metanol, bio-metanol və dizel yanacağı ilə işləyə biləcək.

Gəminin sahibi “LD Armateurs” şirkəti yeni texnologiyanın illik karbon qazı emissiyalarını “Airbus” üçün hazırda Atlantik okeanında işləyən iki gəmi ilə müqayisədə 70 faiz azaltmasını gözləyir.

Uzunluğu 168 metr, dedveyti 5300 ton olan “Spirit of Toulouse” Fransada qeydiyyata alınacaq. Gəmi “Spirit of Mobile” və “Spirit of Mirabel” adlı iki eyni tipli gəmi ilə birlikdə Avropa və Şimali Amerikadakı “Airbus” müəssisələri arasında iri təyyarə komponentlərinin daşınmasında istifadə ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır