Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-15,
Seanews
Heyder Eliyev

Böyük Britaniyanın yeganə qütb buzqıran gəmisində ciddi nasazlıq yaranıb

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin yeganə qütb buzqıran gəmisi “HMS Protector” oktyabrın 13-də nasazlığın araşdırılması üçün Devonport limanına yedəklənib.

“Seanews.az” xəbər verir ki, “Naval Lookout” nəşrinin və yerli medianın məlumatına görə, dənizdə olarkən 25 yaşlı gəminin hər iki mühərrikində  nasazlıq yaranıb.

Kral Hərbi Dəniz Qüvvələri hadisə barədə yalnız texniki problemin araşdırılması məqsədilə gəminin limana qaytarıldığını bildirib.

2001-ci ildə Norveçdə inşa edilən gəmi 2013-cü ildə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin xidmətinə qəbul edilib. “HMS Protector” əsasən qütb bölgələrində müşahidələr, hidroqrafik tədqiqatlar və balıqçılığa nəzarət işlərində istifadə olunur.

Gəmidə yaranan nasazlıq Böyük Britaniyanın qütb bölgələrindəki fəaliyyətinə təsirlə bağlı narahatlıq yaradıb. Hökumət yeni buzqıran gəminin alınmasını müzakirə etsə də, onun əldə olunması ilə bağlı hələ yekun qərar verilməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır