Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

ir kapitan Cəbrayıl Məmmədovun 80 illik yubileyidir – V

İstedad taleyinə hakim kəsilən şəxsiyyətlərdə özünü daha aydın biruzə verir. Elə qəhrəmanımız da bu qəbildən olan insanlardandır. O, uşaq evinin hasarlarını öz istedadı ilə adlayaraq, dənizçilik sahəsinin yüksəkliklərini fəth etməyi bacardı. Peşəsinə sədaqət və sevgi ilə silahlandı. İnamlı və qətiyyətli addımları ilə təkrarolunmazlar siyahısına qoşuldu. Söhbət uzun illər Xəzər Dəniz Neft Donanmasına rəhbərlik etmiş kapitan Cəbrayıl Məmmədovdan gedir. Cəbrayıl Məmmədov 1937-ci il aprelin 12-də Bakı şəhərində dünyaya göz açıb. Atası Böyük Vətən müharibəsi illərində Mozdok şəhəri uğrunda gedən döyüşlərdə həlak olur. Bu dönəmdən sonra tale onu ağır sınaqlara çəkir. 1946-cı ildə Altıağac uşaq evinə verilir. Elə orda da ilk dəfə məktəb partası arxasında oturur.  Çətin uşaqlıq sanki onu daha güclü olmaq üçün hazırlayırmış. Cəbrayıl Məmmədov 1953-cü ildə taleyinin həlledici addımını atır. Şərəfli dənizçilik peşəsini seçərək 1953-cü ildə Bakı Dəniz Yolları Məktəbinə qəbul olur. Burda da əzmkarlıq və istedad öz sözünü deyir. Çətin peşənin bütün sirlərinə dərindən yiyələnərək, sonralar gəmi kapitanı vəzifəsinədək yüksəlir. 1984-cü ildə “Kaspmorneftqazprom” şirkətində şöbə müdiri vəzifəsində çalışır. Çox keçmir ki, Cəbrayıl Məmmədov Xəzər Dəniz Neft Donanmasına rəhbərlik etməyə başlayır. O, həmin illər ərzində bir çox dənizçinin mənəvi atasına və yaxın dostuna da çevrildi. Dəniz hər şeydir. Onun nəfəsi həyatverici və safdır. Onun sonsuz səhrasında insan özünü tənha hiss edə bilməz. Bu sözlər Cəbrayıl Məmmədovun həyat tərzini təcəssüm edir. Nə bilmək olar, bəlkə də ömrünün son dəqiqələrində elə bunları fikirləşirdi?  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır