Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

nizçi xanım idman yarışında gümüş medal qazanıb – V

Əl Oyunları Sarayında 14-18 fevral tarixlərində “Narkomaniya və uşaq cinayətkarlığına qarşı“ şüarı ilə Kikboksinq üzrə XXII Respublika Çempionatı keçirilib. Yarışda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Dəniz Nəqliyyat Donanmasının əməkdaşı Fəridə Abdullayeva da öz gücünü sınayıb. “Lou-kick” proqramı üzrə 54 kq çəki dərəcəsində döyüşən F. Abdullayeva ikinci yerə çıxaraq gümüş medala sahiblənib.  Fəridə yarışlara  “Kobra Kikboksinq Klubu”nun direktoru Kamil Huseyinzadənin dəstəyi altında hazırlaşıb. Xanım idmançının məşqçiləri isə Mehman Umudov və Pərviz Abdullayev olub. Qeyd edək ki, bundan öncə –Fəridə Abdullayeva Kikboksinq üzrə “Açıq Bakı Çempionatında” və “World Budo Martial Arts Cup 2017” dünya çempionatında birinci yerə çıxmışdı.   BUNA DA BAX Onu da deyək ki, Fəridə Abdullayeva Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi sürücülüyü” fakultəsinin “Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisası üzrə təhsil alıb. Hazırda Dəniz Nəqliyyat Donanmasının Donanmanın İstismar Xidmətində çalışır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır