Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

q səfərlər kapitanının obyektivindən 30 günlük dəniz səfəri – V

Dünyanın nə qədər gözəl olduğunu düşündüyümüz anlar az deyil. Ucsuz-bucaqsız bir meşəni yüksəklikdən seyr etdikdə, heç gözləmədiyimiz anda yolumuz axar suyun yanından düşdükdə, ya da qışda hər yer ağappaq qara büründükdə…qeyri-ixtiyari dünyanın gözəlliyinin fərqinə varırıq. Uzaq səfərlər kapitanı üçün isə dünya gözəlliyinin dadını çıxarmaq peşəsinin bir parçasıdır. Kapitan Cefrey Tsanq bu keyfi hər kəslə paylaşmaq üçün 10 dəqiqəlik “time lapse” video hazırlayıb. Cefrey kapitanı olduğu yük gəmisinin 30 günlük səfərini təxminən 80.000 nöqtədən çəkib.  Qızıl dənizdən başlayıb Honq-Konqa qədər davam edən səyahət boyunca gəmi Ədən körfəzi, Hind okenı, Malakka boğazı, Sinqapur və Cənub-Şərqi Çin dənizindən keçib. Tsanq uzaq səfərlər kapitanlığına dair təəsüratlarını belə ifadə edib: “Açıq dənizdə səfər etmək, bu gözəl dünyada nə qədər balaca olduğumuzun fərqinə varmağın bənzərsiz bir yoludur. Ucu-bucağı olmayan üfiqi izləmək, dənizin daim dəyişməsinə şahidlik etmək möhtəşəmdir. Parlaq ulduzların və qalaktikanın dəyərini bilmək lazımdır”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır