Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ləcəyin mexaniki həm də şeir yazır-V

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin  Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sırasında builki dərs ilini əla qiymətlərlə bitirən gənclərdən biri də Sahib  Sultanlıdır. Hal-hazırda “Gəmi mexanikası fakültəsi”nin üçüncü kursunda təhsil alan Sahibin akademik göstəriciləri yüksək olduğundan  həm də “AXDG” QSC tərəfindən  əlavə təqaüd alır. Hazırda “Balakən” gəmi-bərəsində təcrübə keçməyə hazırlaşan Sahib Sultanlı dənizçiliyə gəlişindən danışır: -Zaqatala şəhərində anadan olmusam.  Rayondakı Zəfər Murtuzəliyev adına tam 1 saylı orta məktəbini fəqrlənmə ilə bitirmişəm. Uşaqlıqdan dənizçilik peşəsinə marağım olduğu üçün 2015-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil oldum. Əlaçı olmaq məqsədimə çatmışam və hazırda hədəfim  “AXDG” QSC-nin  məzun tələbələrə verdiyi  zəmanət məktubunu almaqdır. İstəyirəm ki, gələcəkdə ölkəmizi xarici sularda layiqincə təmsil edən dənizçilərdən olum. Gələcəyin mexaniki həm də dənizə olan sevgisini yeniyetmə yaşlarından sözlə ifadə etməyə başlayıb. O, asudə vaxtlarında dəniz haqqında şeirlər yazır. Seanews.az Sahib Sultanlının şeirlərindən birini elə müəllifin öz ifasında təqdim edir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır