Əfsanəvi müğənni Rəşid Behbudovun anadan olmasından 105 il ötür - VİDEO
Bu gün Azərbaycanın şöhrətini mahnılarının qanadlarında dünyaya çatdırmış əfsanəvi müğənni Rəşid Behbudovun anadan olmasından 105 il ötür. Əslən qədim Şuşadan olan müğənni doğma Azərbaycanı, gözəl Bakını və mavi Xəzəri oxuduğu nəğmələrdə hər zaman tərənnüm edib.
Müğənninin xatirəsi bütün xalqımız kimi dənizçilər üçün də əzizdir. Onun adını daşıyan gəmi isə dənizçilərin Rəşid Behbudova olan ehtiramının nümunəsidir.
Rəşid Behbudovun özünün bəstələdiyi və indiyədək heç yerdə səslənməmiş "Azərbaycan" mahnısının müşayiətilə musiqiçinin həyat və yaradıcılığına birlikdə nəzər salaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır