Vətən müharibəsi iştirakçısı, ASCO əməkdaşı İftixar Mədədli
ASCO-da işə qəbul olunan daha bir Vətən müharibəsi iştirakçısının döyüş yoluna nəzər salaq.
2016-cı ilin aprel döyüşlərindən sonra ön cəbhəyə yollanmaq istəyi ilə müraciət edən İftixar Mədədli o vaxt imtina cavabı alsa da nə vaxtsa torpaqlarımızın işğaldan azad olunması üçün cəbhəyə getmək ümidini itirmir.
2020-ci il Vətən müharibəsinin başladığı ilk günlərində o, çağırış vərəqəsi aldıqdan sonra bütün igid oğullarımız kimi qələbə əzmi ilə döyüşlərə qatılır.
Azad olunan torpaqlarımıza basdığı ilk qədəmlərinin sevinci onun xatirəsində ömürlük həkk olunduğunu deyən həmkarımız döyüş yolunu bizimlə bölüşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır