Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Gəmilərin enerji səmərəliliyi üzrə təlimat kitabçaları hazırlanıb 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri üçün enerji səmərəliliyi üzrə iki təlimat kitabçası hazırlanıb. 

Kitabçalardan biri ümumi tutumu 5000 ton və ya daha çox olan gəmilər üçün, digəri isə ümumi tutumu 400 ton və daha çox, 5000 tondan az olan gəmilər üçün nəzərdə tutulub.

Bu kitabçalarda Enerji Səmərəliliyi üzrə normativlər, Əməliyyat Karbon Emissiya Faktorunu hesablamaq üçün istifadə olunacaq metodologiya, reytinqlər, icra planı, özünü qiymətləndirmə və təkmilləşdirmə prosedurları, təlimatlar, standartlaşdırılmış məlumat hesabat formatı, gəmilər üçün enerji səmərəliliyi əmsalının hesablanması, əldə edilmiş Enerji Effektivliyi İndeksinin hesablanması qaydası, Enerji effektivliyi üzrə bəyənilmiş tədbirlər, icra prosedurlarının ardıcıllıqları və sair mövzular əksini tapıb.   

Kitabçalar artıq bütün gəmilərə göndərilib və heyət üzvlərinə gəmilərin texniki istismarının təşkili zamanı burada yer alan təlimatlara uyğun addımlar atmaq tapşırılıb.  

ASCO-nun Dəniz Nəqliyyat Donanmasının (DND) Baş mühəndisi-rəis müavini Elçin Quliyevin hazırladığı yeni sənədlərin icraçıları DND-nin Texniki şöbəsinin rəisi Tofiq Qurbanov, Texniki İstismar Xidmətinin mühəndisi Meyvəddin Xibabayev, “ASCO Mühəndislik” MMC-nin aparıcı mühəndisi Svetlana Fatyanovadır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır