ADDA müsabiqə elan edib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası Publik Hüquqi Şəxsi (ADDA) “Dəniz naviqasiyası”, “Gəmiqayırma və gəmi təmiri” və “Tətbiqi mexanika” kafedralarının 5 illik səlahiyyət müddəti bitən kafedra müdiri vəzifələrinin seçki yolu ilə tutulması üçün müsabiqə elan edib.
Müraciət edən namizədin kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və dərəcəsi, ən azı 5 il elmi-pedaqoji təcrübəsi olmalıdır.
Tələb olunan sənədlər
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Tərcümeyi-hal;
- Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
- Elmi və elmi-metodiki işlərin siyahısı;
- Kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18.
Əlaqə telefonu: 404 37 00 (daxili 3220)
Sənədlər elan dərc edildiyi tarixdən 30 gün müddətində qəbul edilir.