Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-22,
Seanews
Heyder Eliyev

COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti mövzusunda ADDA-da növbəti dəyirmi masa təşkil olunub

Azərbaycan Dövlət Dəniz Akademiyasında iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə kampaniyası çərçivəsində “Gəmi elektroavtomatikası” kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış  Energetika İnstitutu” MMC-nin “Enerji sistemin perspektiv inkişafı” şöbəsi və “Azərbaycan Texniki Univerisiteti” PHŞ-nin “Enerji effektivliyi və yaşıl enerji texnologiyaları” kafedrası ilə birgə dəyirmi masa keçirilib.

“Gəmi elektroavtomatikası” kafedrasının müdiri, dosent Elşən Sultanov giriş sözü ilə çıxış edərək tədbirin mahiyyəti haqqında qısa məlumat verib. Sonra fakültə dekanı, dosent Rafiq Əsgərov COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə diqqət çəkib.

“Gəmi elektroavtomatikası” kafedrasının baş müəllimi Elsevər Həsənov “İqlim dəyişməsinə uyğunlaşma” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış  Energetika İnstitutu” MMC-nin “Enerji sistemin perspektiv inkişafı” şöbəsinin müdiri, texnika elmləri doktoru Valeh Nəsibov çıxış edərək “Yaşıl enerjinin tətbiqi ilə iri layihələr” mövzusunda fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonda isə “Azərbaycan Texniki Univerisiteti” PHŞ-nin “Yaşıl enerji texnologiyaları” kafedrasının dosenti Rəna Həmidova “Aşağı temperaturlu geotermal suların istiliyindən istifadə edərək elektrik və istilik enerjisinin istehsalının tədqiqi” mövzusuna toxunub.

Məruzələr yekunlaşdıqdan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır